1970’dən | 300 personal | 135 ha üzüm bağı
Həmya vadisi şirkətinin qurulduğu, təcrübə topladığı, öz tarixçəsini yaradaraq Azərbaycan şərabçılığının tarixinə daxil olduğu bir yerdir.
XX əsrin 70-ci illərində Primorsk Şərab Zavodu kimi fəaliyyətə başlayan müəssisənin bazasında rekonstruksiya edilərək CASPİAN COAST WINERY&VINEYARDS şirkəti quruldu. 2009-cu ildə köhnə avadanlıqlar Avropa standartlarına uyğun dəyişdirilərək, yeni və müasir tipli avadanlıqlarla əvəz olundu. İndi bu sexlər ildə 7 min tona qədər üzüm emal etməyə şərait yaradır.