Dağətəyi vadi, Xəzər dənizi və aktiv günəş şüaları üzüm bitkisinin yetişdirilməsinə və yüksək keyfiyyətli şərab alınmasına təkan vermişdir.
1970-ci ildə yaradılmış “Dənizkənarı” şərab zavodunun bazasında müasir tələblərə cavab verən “Caspian Coast” şərab zavodu yaradılmışdır. Zavod 6000 ton üzüm emalı gücünə malikdir. İstifadə olunan avadanlıqlar şərabçılıq sahəsində Avropada tanınmış “Bertolazo”, “Diemme”, “Codalpe”, “Kiesel”, “Manzini” istehsalçılarıdır. 2010-cu ildə yüksək keyfiyyətli konyak spirti almaq üçün alman istehsalı olan “Arnold Holstein” qurğusu istifadəyə verilmişdir.